
Kanadanın Toronto şəhərində dünyanın ən hündür qüllələrindən biri olan “CN Tower”ə ildırım düşüb. Kvebek və Ontario şəhərlərində şiddətli fırtına səbəbindən minlərlə insan işıqsız qalıb
Globalinfo.az xəbər verir ki, bu haqda “The Telegraph” nəşri məlumat yayıb.
İçərisində restoranların da yer aldığı 553 metr hündürlüyündəki məşhur qüllələni ildırım vurduğu anı təqdim edirik:
Qeyd edək ki, Kanadanın meteorologiya xidməti şiddətli tufanlar, saatda 90 kilometrə çatan güclü külək, dolu və şimşək çaxacağı barədə xəbərdarlıq edib.














