qatar 1

Kürdəmirdə ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Globalinfo.az xəbər verir ki, hadisə dəmir yolu xəttinin rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, rayonun Təklə kənd sakini 1976-cı il təvəllüdlü Şahverdiyev Vüqar Ağadadaş oğlu səhər saatlarında dəmir yolu xətti üzərindən keçərkən onu qatar vuraraq öldürüb.

Hadisə yerinə rayonun hüquq mühafizə orqanları əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır. (qafqazinfo)

***

“Azərbaycan Dəmir Yolları” QSC hadisə ilə bağlı məlumat yayıb.

Bildirilib ki, bu gün səhər saatlarında Kürdəmir sahəsində hərəkətdə olan yük qatarının maşinisti yolun kənarında bir nəfər kişi meyiti aşkarlayıb:

“Dərhal aidiyyəti üzrə məlumat verilib. Hadisənin hansı şəraitdə baş verməsi araşdırılır”.

Paylaş: