alen simonyany dataranum partv n373763 1

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyanın deputat Edqar Qazaryana qarşı qaldırdığı iddia məhkəmə tərəfindən rədd edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Bildirilib ki, oktyabrın 14-də İrəvan məhkəməsi Simonyanın Qazaryana qarşı iddiasını təmin etməyib.

Simonyan “Ailəvi korrupsiya: Edqar Qazaryanla tematik söhbət” adlı materialda yer alan məlumatların təkzib olunmasını və ona təzminat ödənilməsini tələb edirdi.

Məhkəmənin qərarına əsasən, Simonyan tələb etdiyi 2 milyon dramı ala bilməyəcək. Əksinə, o, Qazaryanın vəkil xidmətlərinə görə 100 min dram ödəməli olacaq.

Bundan əlavə, dövlət büdcəsinə 80 min dram rüsum köçürüləcək.

Qazaryan paylaşımında Simonyanın qərardan apellyasiya şikayəti verəcəyinə ümid etdiyini bildirib.

O, həmçinin hakim partiya olan “Vətəndaş Müqaviləsi”nin nümayəndələrinin ona qarşı irəli sürdüyü ümumilikdə 17 milyon dramlıq təzminat tələbinə istehza edib.

Qazaryan Simonyanın iddiasının rədd edilməsini həmin məbləğin 2 milyon dramlıq hissəsinin aradan qalxması kimi qiymətləndirib.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: