benzin 900x565 1

ABŞ Prezidenti Donald Tramp İranla müharibə başa çatdıqdan sonra ölkədə benzin qiymətlərinin münaqişədən əvvəlki səviyyədən də aşağı düşəcəyini proqnozlaşdırıb.

Globalinfo.az xəbər verir ki, Tramp bu barədə Kentukkidə Respublikaçılar Partiyasının tərəfdarları qarşısında çıxışı zamanı danışıb.

“Bu müharibə çox tezliklə bitəcək. Müharibə başa çatdıqdan sonra benzinin qiyməti əvvəlkindən də aşağı olacaq”, – deyə ABŞ lideri bildirib.

Amerika Avtomobil Assosiasiyasının (AAA) məlumatına əsasən, oktyabrın 17-də ABŞ-də benzinin bir qallonunun qiyməti 4,30 dollar təşkil edib. Müharibədən əvvəl bu göstərici 3 dollar olub.

Dizel yanacağının qiyməti isə bir qallon üçün təxminən 6,52 dollara çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,41 dollar çoxdur.

Paylaş: