
Hindistanın şərqində yerləşən Kəlküttə şəhərində dini bayram tədbiri zamanı izdiham yaranıb. Hadisə nəticəsində azı 17 nəfər həyatını itirib.
Globalinfo.az xəbər verir ki, bu barədə Hindistan mətbuatı məlumat yayıb.
Məlumata görə, hadisə yerli vaxtla saat 19:40-da, Bakı vaxtı ilə 18:10-da baş verib. İzdiham zamanı azı 35 nəfər ayaqlar altında qalıb.
Yaralanan şəxslər xəstəxanalara çatdırılıb.