5717288 20260402t102017z 1163040465 rc2xgkaamawp rtrmadp 3 southkoreafrance share

Fransa Prezidenti Emmanuel Makron etiraz aksiyaları zamanı baş verən iğtişaşları pisləyib və qanun pozuntularına yol verən şəxslərin məsuliyyətə cəlb olunacağını bəyan edib.

Globalinfo.az xəbər verir ki, Makron bu barədə X sosial şəbəkəsindəki paylaşımında yazıb.

“Respublikamızda zorakılığa yer yoxdur. Talanlarda iştirak edənlər, prefekturalara və mağazalara hücum edənlər, şəhər bələdiyyələrimizin əmlakı da daxil olmaqla hər şeyi qarət edənlər məsuliyyətə cəlb olunacaq və cəzalandırılacaqlar”, – deyə Fransa prezidenti qeyd edib.

Makron bildirib ki, iğtişaşları təşkil edən şəxslərin hərəkətləri dinc nümayişçilərin tələblərini çatdırmasına mane olur.

Fransanın daxili işlər naziri Loran Nunez daha əvvəl oktyabrın 17-də ölkə üzrə keçirilən etiraz aksiyaları zamanı baş verən iğtişaşlarla əlaqədar azı 400 nəfərin saxlanıldığını açıqlamışdı.

Qeyd edək ki, oktyabrın 17-də Fransada yanacağın bahalaşmasına etiraz olaraq kütləvi nümayişlər keçirilib. Bir sıra şəhərlərdə aksiyalar iğtişaşlarla müşayiət olunub.

Paylaş: