1752522012 makron 3

Fransada etiraz aksiyaları iğtişaşlara çevrilib. Etirazçılar Prezident Emmanuel Makronun istefasını tələb edir, küçələrdə onun XVI Lüdovikin taleyini yaşaya biləcəyinə dair təhdidlər səsləndirirlər.

Globalinfo.az xəbər verir ki, Paris küçələrində yürüş keçirən etirazçılar vaxtilə edam olunan Fransa kralı XVI Lüdovikin taleyini xatırladaraq Makronu hədələyirlər.

“Makron, biz bunu təkrarlayacağıq!” – deyə aksiya iştirakçıları şüarlar dilə gətirirlər.

Nəşrin məlumatına görə, ölkənin bir sıra şəhərlərində də iğtişaşlar qeydə alınıb. Tur şəhərində etirazçılar mağazya daxil olaraq onu talan ediblər. Lionda XIX əsrə aid tarixi bina dağıdılıb və yandırılıb. Marseldə isə etirazçılar şəhər meriyasının binasına daxil olublar.

Fransada baş verən hadisələr fonunda etirazçıların Makronun istefası ilə bağlı tələbləri və prezidentə qarşı təhdidləri diqqət çəkir.


Əliyar Xəlil

Globalinfo.az

Paylaş: