Banqladeşin cənub-şərqində yerləşən Koks Bazar şəhərində istirahət mərkəzində yanğın baş verib.
Globalinfo.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə “Daily Star” məlumat yayıb.
Bildirilib ki, baş verən yanğın nəticəsində 10 turist həlak olub, 4 nəfər isə yaralanıb.
Məlumata görə, yanan 3 mərtəbəli taxta bina tamamilə külə dönüb.
Yanğının hansı səbəbdən baş verdiyi hələlik bilinmir.