Moskvadakı hava limanlarında təhlükəsizlik tədbirlərinin gücləndirilməsi səbəbindən 103 aviareysin gediş və gəlişində gecikmə yaranıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiyanın Nəqliyyat Nazirliyi məlumat yayıb.
Nazirliyin rəsmi açıqlamasında Moskva aviasiya qovşağının hava limanlarında ümumilikdə 103 reysin gecikdiyi bildirilib.
Qeyd olunub ki, hazırda bütün hava limanları uçuşları müvafiq qurumlarla razılaşdırılmış qaydada qəbul edir və yola salır.