Abşeron rayonunda 25 yaşlı gənc faciəvi şəkildə ölüb.
Globalinfo.az-ın əldə etdiyi məlumata görə, hadisə Xırdalan şəhərində baş verib.
Belə ki, 25 yaşlı C.Hüseynov yaşayış kompleksinin binasının yuxarı mərtəbəsindən yıxılıb. Gənc hadisə yerində ölüb.
Məsələ ilə bağlı TƏBİB-dən bildirilib ki, 17.10.2026-cı il tarixində saat 10:25 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Abşeron rayonu, Xırdalan şəhəri, Kristal 1 ərazisindən çağırış qeydə alınıb.
Çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib.
Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfərin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb.