Samuxda yol qəzası zamanı avtomobil iki hissəyə bölünüb.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Sərkar kənd yolunda baş verib.

Belə ki, 1984-cü il təvəllüdlü sürücü Hafiz Həsənov “VAZ-2107” markalı avtomobilə idarəetməni itirib. Nəticədə avtomobil elektrik dirəyinə çırpılıb. Avtomobil zərbənin təsirindən iki hissəyə bölünüb və sürücü ağır xəsarət alıb.

H.Həsənov xəstəxanaya çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

EgjmLCnKzsfSdLlX9zQdRBwzULyqUZe2A18kuT6O 1200 o0e3QkX1NHeqPBSq4oUrShy94wlDeNYWC6KIFyFG 1200 Pj0PDYw09ZHSlr1u968WShQrpoOauGTtW03hGiL5 1200

Paylaş: