fbf79ea1 4ca4 43ff 8c64 271831518079

Monteneqronun Budva şəhərində boks üzrə U-19 dünya çempionatına start verilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb.

Turnirin ilk günündə Azərbaycan millisinin iki boksçusu qələbə qazanıb.

Nihat Qasımov (55 kq) 1/32 finalda Nursultan Duşonalıyevlə (Qırğızıstan) qarşılaşıb. Döyüş boksçumuzun 3:2 (29:28, 28:29, 30:27, 30:27, 27:30) hesablı qələbəsi ilə başa çatıb. O, oktyabrın 18-də növbəti görüşündə ilk mərhələdən azad olan Arcanpal Hundalla (Kanada) üz-üzə gələcək.

Səfdər Məmmədzadə (+90 kq) isə 1/8 finalda Kirill Jukovskini üstələyib. Milli üzvü rəqibini 3:2 (27:29, 28*:28, 27:29, 29:27, 29:27) hesabı ilə məğlub edib. O, ikinci görüşünü oktyabrın 23-də İvan Baybakova (Rusiya) qarşı keçirəcək.

Qeyd edək ki, dünya çempionatı oktyabrın 27-də yekunlaşacaq.

Paylaş: