Tramp 1

ABŞ Prezidenti Donald Tramp Ukrayna böhranının tezliklə həll olunacağına əminliyini bildirib.

Globalinfo.az xəbər verir ki, bu barədə Ağ Evin Cənub Çəmənliyində jurnalistlərə danışıb.

Rusiyanın xüsusi hərbi əməliyyata başlamasının səbəbləri barədə suala cavab olaraq, Amerika lideri baş verənlərin təfərrüatlarından xəbərdar olduğunu söyləyib.

O, əlavə edib ki, onları nə vaxtsa dərc edəcək, amma hələlik yeganə narahatlığı bu müharibəyə son qoymaqdır.

Tramp hər iki liderlə əlaqə saxladığını və hər ikisinin münaqişəyə son qoymaqda maraqlı olduğunu bildirib. O, müharibənin bitəcəyinə inandığını və bunun onun əsas prioriteti olduğunu vurğulayıb.

Tahir Turan
Globalinfo.az

Paylaş: