1025026 src

Ermənistan və İran arasında strateji tərəfdaşlıq haqqında sənədin mətni, demək olar ki, razılaşdırılıb. Sənədin imzalanması üçün ilk fürsətdən istifadə olunacaq.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.

Mirzoyan Ermənistanın Baş naziri Nikol Paşinyanın ilin sonunadək İrana səfərinin planlaşdırılıb-planlaşdırılmadığı ilə bağlı suala konkret cavab verməyib. O, Ermənistan və İran arasında qarşılıqlı səfərlərin hər zaman nəzərdə tutulduğunu bildirib.

İranın Ermənistandakı səfiri Mehdi Sübhani fevral ayında hərtərəfli strateji tərəfdaşlıq sazişi üzərində iş aparıldığını açıqlamışdı. Lakin yaz aylarında ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatına başladıqdan sonra müzakirələr dayandırılmışdı.

Oktyabrın 16-da İrəvanda keçirilən biomüxtəliflik məsələlərinə dair liderlər sammiti çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla İran prezidenti Məsud Pezeşkian arasında görüş baş tutub.

Görüş zamanı Paşinyan iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsində maraqlı olduqlarını bildirib və İran lideri ilə ikitərəfli razılaşmaların irəlilədilməsi məsələlərini müzakirə edib.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: