zelenski9 900x600 1

Ukraynanın müharibədə məğlub olması və Rusiyanın qələbə qazanması Avropa İttifaqı ölkələri üçün böyük miqrasiya böhranına səbəb ola bilər.

Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Brüsseldə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Rusiyanın qalib gəlməsi təxminən 20 milyon ukraynalının Aİ ölkələrinə köçməsinə yol aça bilər.

“Əgər biz yıxılsaq, nə olacaq? Yəqin ki, 20 milyon ukraynalı Avropaya gələcək”, –  Zelenski qeyd edib.

Ukrayna liderinin sözlərinə görə, Rusiyanın qələbəsi Ukrayna dövlətinin mövcudluğunu birbaşa təhlükə altına qoyacaq.

O iddia edir ki, Moskva Donbas və ölkənin digər şərq əraziləri ilə kifayətlənməyəcək.

Əliyar Xəlil,
Globalinfo.az

Paylaş: