Azərbaycan tərəfindən beynəlxalq axtarışa verilən türkiyəli jurnalist Cəlal Çiftçi üzr istəyib.
Globalinfo.az xəbər verir ki, bu barədə jurnalist sosial şəbəkə hesabında yazıb.
“İstifadə etdiyim cümlələrin məqsədimi aşmasına görə Azərbaycan dövlətindən və Azərbaycan xalqından açıq və səmimi şəkildə üzr istəyirəm.
Məqsədim bir jurnalist olaraq hicab məsələsi ilə bağlı yaşadığım həssaslığı, din və vicdan azadlığına dair fikirlərimi dilə gətirmək idi. Ancaq fikirlərimi izah edərkən istifadə etdiyim üslubun səbəb ola biləcəyi nəticələri daha diqqətlə dəyərləndirməli, özümü açıq və diqqətli şəkildə ifadə etməli idim.
Azərbaycanın daxili işlərinə müdaxilə etmək, xalqı dövlətə qarşı qaldırmaq, ölkədə qarışıqlıq yaratmaq, iqtidarın zorla ələ keçirilməsi və ya konstitusion nizamın zorla dəyişdirilməsini istəmək kimi bir məqsədim əsla olmadı və ola da bilməz. Dini nifrət, düşmanlıq və ya ayrı-seçkilik yaratmaq kimi niyyətim də yoxdur.
Sözlərim belə bir çağırış olaraq anlaşılıbsa, həqiqi düşüncəmin bu olmadığını açıq şəkildə ifadə edirəm. Şiddəti, çevrilişi, təhdid və zor tətbiqini rədd edirəm. Heç kimi hüquqazidd bir təşəbbüsə dəvət etmirəm. Açıqlamalarımın da belə bir hadisəyə səbəb olmasını istəmirəm.
Azərbaycan qardaş bir dövlətdir. Azərbaycan xalqı bizim qardaşımızdır. Azərbaycan dövlətinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə və konstitusion quruluşuna hörmətim tamdır. Azərbaycanın gələcəyinə dair qərarların Azərbaycan xalqına və özünün konstitusion qurumlarına aid olduğunun fərqindəyəm”, – deyə o bildirib.
Əliyar Xəlil,