Sabah Binəqədi şossesinin Mehdiabad yolu ilə Zəngəzur küçəsinin kəsişməsinədək olan hissəsində qısamüddətli məhdudiyyət tətbiq olunacaq.
Globalinfo.az-ın məlumatına görə, adıçəkilən ərazidə təmir işləri ilə əlaqədar oktyabrın 17-si saat 06:00-dan etibarən nəqliyyat vasitələrinin hərəkətinə qısamüddətli məhdudiyyət tətbiq ediləcək.
Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.