Bu gün günorta saatlarında İsmayıllı rayonunun Balik kəndi ərazisində VAZ-2106 və DAF markalı yük maşını toqquşub.
Globalinfo.az-ın Oxu.az-a istinadən məlumatına görə, nəticədə, minik avtomobilinin sürücüsü 64 yaşlı Yasər Sadıqov ölüb, sərnişinləri xəsarət alıblar.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.