Türkiyənin İstanbul şəhərində günlərlə davam edən intensiv yağışların səbəb olduğu selin nəticələri ağır olaraq qalır. Təbii fəlakət nəticəsində həyatını itirənlərin sayının 4-ə yüksəlib.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Son iki gündür itkin düşmüş şəxslərin axtarışlarını aparan xilasedicilər daha bir nəfərin meyitini sel sularından çıxarıblar. Bununla da faciə qurbanlarının sayı 4-ə çatıb.
İtkin hesab olunan digər üç şəxsin tapılması istiqamətində əməliyyatlar davam etdirilir.
Qeyd edək ki, Türkiyənin bir sıra bölgələrində müşahidə olunan aramsız yağıntılar ciddi problemlərə yol açıb. Vəziyyətlə əlaqədar İstanbul da daxil olmaqla Zonquldak, Yalova, Kocaeli, Düzce və Sakarya vilayətlərində təhsil müəssisələrində dərslər iki gün müddətinə təxirə salınıb.
Safura Bənnayeva
Globalinfo.az