“Siyasət dünyasında mən heç kimə etibar etmirəm”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Newsmax” telekanalına müsahibəsində İsrailin Baş naziri Benyamin Netanyahuya etibar edib-etmədiyi ilə bağlı suala cavab verərkən deyib.
ABŞ lideri, həmçinin İsrail rəsmilərinin Netanyahunun yenidən seçilməsi üçün keçiriləcək seçki kampaniyasında onun iştirak etməsini istədiklərini deyib.
“Bəli, onlar mənim iştirak etməyimi istəyərdilər”, – deyə Tramp qeyd edib.
ABŞ prezidenti Netanyahu ilə münasibətlərinin çox yaxşı olduğunu vurğulayıb və onların İrana qarşı həyata keçirdikləri hərbi tərəfdaşlığı yüksək qiymətləndirib.
Əliyar Xəlil
Globalinfo.az