mirzoyan

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan rəsmi Bakının İrəvanda keçirilən tədbirdə iştirak etməməsinə münasibət bildirib.

Globalinfo.az xəbər verir ki, brifinq zamanı jurnalistlərdən biri Azərbaycandan nümayəndələrin tədbirə qatılmamasının səbəbini və bunun iki ölkə arasındakı münasibətlərdə gərginliyə işarə edib-etmədiyini soruşub.

Mirzoyan suala cavabında bildirib ki, münasibətlərdə gərginlik kimi qiymətləndirilə biləcək yeni heç nə baş verməyib.

“Bilmirəm, zəng edib özlərindən soruşun. Münasibətlərdə gərginlik kimi şərh edilə biləcək və Azərbaycanın tədbirə qatılıb-qatılmamasına əsas verəcək yeni heç nə yoxdur. Biz dəvət göndərmişik. Yeri gəlmişkən, bu, BMT-nin tədbiridir. Hətta dəvət edib-etməmək məsələsi də çox formal xarakter daşıyır. Azərbaycan BMT-nin tamhüquqlu üzvüdür və bu, həm də onun tədbiridir. Rahatlıqla iştirak edə bilərdilər”, – deyə nazir vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: