tramp zelenski yeni1

ABŞ Prezidenti Donald Tramp Ukrayna lideri Volodimir Zelenskini amerikalı şoumen və səyyar sirkin qurucusu Fineas Barnumla müqayisə edib.

Globalinfo.az xəbər verir ki, Ağ Ev rəhbəri başqa ölkənin lideri barədə fikirlərini “Newsmax” telekanalına müsahibəsində açıqlayıb.

Tramp həmçinin ABŞ-ın keçmiş prezidenti Co Baydenin administrasiyasını da tənqid edib.

O, Bayden hökumətini Ukraynaya külli miqdarda silah verməkdə ittiham edib.

ABŞ lideri sələfinin Kiyevə göstərilən yardımların əvəzini tələb etməməsindən narazılığını ifadə edib.

Qeyd edək ki, Fineas Barnum məşhur “Barnum and Bailey” sirkinin həmtəsisçisidir. O, həmçinin aqressiv reklam və ictimaiyyətin diqqətini cəlb etmək üsullarının banilərindən biri hesab olunur. Barnumun fəaliyyətində əsas prinsip tamaşaçılara daim maraqlı və diqqətçəkən şou təqdim etmək olub.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: