GettyImages 2286076267 bc89024f 2

ABŞ-da 13 nəfərin ölümü və 32 nəfərin yaralanması ilə nəticələnən hücuma görə məhkum edilmiş keçmiş ordu mayoru Nidal Malik Həsənin edamının canlı yayımlanmayacağı açıqlanıb.

Globalinfo.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşım edib.

Trampın bildirdiyinə görə, Həsən 13 nəfəri, o cümlədən hamilə hərbçi qadını və onun bətnindəki körpəni öldürüb, daha 32 nəfəri isə ağır yaralayıb.

ABŞ Prezidenti edamın canlı yayımlanmasının terrorçular üçün çəkindirici təsir göstərə biləcəyini düşündüyünü, lakin bir çox insanın belə görüntüləri izləmək istəmədiyini qeyd edib.

“Edam əvvəlcədən nəzərdə tutulduğu kimi güllələnmə yolu ilə icra ediləcək, lakin proses canlı yayımlanmayacaq. Bununla belə, qurbanların yaxınları istədikləri halda edamı şəxsən izləyə bilərlər. Onların ədalətin təmin olunmasına şahidlik etmək hüququ var”- deyə Tramp bildirib.

Əliyar Xəlil 

Globalinfo.az

Paylaş: