trnap

ABŞ Prezidenti Donald Tramp məxfi məlumatları mətbuata ötürən dövlət məmurlarının sərt şəkildə cəzalandırılmalı olduğunu bildirib.

Globalinfo.az xəbər verir ki, o, bu barədə Arizona ştatında keçirilən mitinqdən sonra jurnalistlərə açıqlamasında danışıb.

“Fikrimcə, məxfi məlumatları açıqlayanlar güllələnməlidir. Məsələn, onlar hansısa ölkəyə nə vaxt hücum etməyi planlaşdırdığımızı desələr, bu edilməlidir”, – deyə ABŞ Prezidenti bildirib.

Tramp əlavə edib ki, bəzi amerikalı rəsmilərin bir ştatdan digərinə səfər etməsi və gəliş vaxtları barədə “CNN” və “The New York Times” qəzetinə məlumat ötürüldüyünə görə Vaşinqton İrana planlaşdırılan hücumu ləğv etməli olub.

O, məlumatı kimin sızdırdığını açıqlamayıb, həmin şəxsi “alçaq” adlandırıb:

“Belə məlumatları ötürənlərlə çox sərt davranmaq lazımdır. Məncə, onlar cəmiyyətin tör-töküntüləridir”.

Günay Rəsulqızı
Globalinfo.az 

Paylaş: