zelenskiy reu 2076192 900x506 1

Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın müvafiq açıqlamalarından sonra istefa vermək niyyətində olmadığını bildirib.

Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna lideri jurnalist Pirs Morqana müsahibəsi zamanı qeyd edib.

“Əlbəttə ki, yox. Bu, mənim məsuliyyətimdir”, – deyə Ukrayna lideri vurğulayıb.

V.Zelenski ölkədə Donald Trampın təkid etdiyi kimi seçki keçirilməsi ilə bağlı fikirlərə də mənfi cavab verib. O, müsahibədə həmçinin etiraf edib ki, ABŞ-nin Rusiya ilə dizel sazişindən sonra özünü Tramp tərəfindən satılmış kimi hiss edir.

Əliyar Xəlil, 

Globalinfo.az

Paylaş: