4639 zelenski yarin turkiyeye geliyor 900x506 1

Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı milyarder İlon Maskı “Starlink” peyk rabitəsinin tam funksionallığını bərpa etməyə çağırıb. O, sistemin işində yaranan fasilələrin və sürət məhdudiyyətlərinin insan tələfatına səbəb ola biləcəyini bildirib.

Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna lideri britaniyalı jurnalist Pirs Morqana müsahibəsində danışıb.

Maskın şirkəti tərəfindən “Starlink”in sürətinin məhdudlaşdırılmasını şərh edən Zelenski baş verənləri “böyük səhv” adlandırıb:

“Starlink”in sürəti aşağı düşəndə nə baş verdiyi aydındır; əgər onu söndürürlərsə, bu, onların qərarıdır. Bu qərara görə insanlar ölür? Əlbəttə ki, insanlar öləcək. Əgər hücumlar davam edərsə və “Starlink” işləməzsə – bu, şübhəsiz ki, kömək etməyəcək”.

Ukrayna Prezidenti yaranan nasazlıqların texniki xəta ilə bağlı olduğuna ümid etdiyini bildirərək peyk rabitəsinin normal iş rejiminin bərpa olunmasını xahiş edib: “Ola bilər ki, hər hansı ciddi texniki problem var, bilmirəm – lakin biz onu yenidən işə salmağı xahiş edirik. Düşünürəm ki, bu, tərəfdaşlar arasındakı münasibətlərə görə dürüst və ədalətli olardı”.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: