sd 1121

Azərbaycan və Qırğızıstan Xüsusi Təyinatlı Qüvvələri (XTQ) arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

Bu barədə Globalinfo.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Qırğızıstan XTQ-nin nümayəndə heyəti Azərbaycana səfər edib. Səfər çərçivəsində Xüsusi Təyinatlı Qüvvələrin komandanı general-mayor Ələkbər Cahangirov ilə görüşən qırğızıstanlı qonaqlara qüvvələr haqqında brifinq təqdim edilib, onları maraqlandıran suallar cavablandırılıb.

Nümayəndə heyətinin rəhbəri öz növbəsində göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib, qarşılıqlı təcrübə mübadiləsi baxımından bu cür səfərlərin vacibliyini diqqətə çatdırıb.

Görüşdə Azərbaycan və Qırğızıstan XTQ-ləri arasında mümkün əməkdaşlığın inkişaf perspektivləri, eləcə də maraq doğuran digər məsələlər müzakirə edilib.

Tədbirdən sonra qonaqlara XTQ-nin istifadəsində olan silah-sursat, təchizat və döyüş texnikası təqdim edilib.

Sonda nümayəndə heyəti xüsusi təyinatlıların döyüş hazırlığı üzrə nümunəvi çıxışlarını izləyib.

64f5ee40031317352cb0600255927eba 16050b15d43700775b6691efa4a1779c

c56b09148a371a11a2d31e11e8b541bd809754c8efab681e37505caf8669d4409c43b4ced195abe2bd610ef23772c34715ead6026ba8b4e9f0b614151a7ee810c824642138f68dead5b2edc123c4b589c3c2652b3f2d45a7b22be8e001e28e89

Paylaş: