Bahceli 1321

MHP lideri Dövlət Baxçalı Türkiyə ilə Azərbaycan arasında qardaşlıq əlaqələrinin qorunmasının vacibliyini bildirib.

Globalinfo.az-ın xəbərinə görə, Baxçalı qeyd edib ki, “qardaşlıq bağlarına zərər verəcək heç bir nifaq toxumunun səpilməsinə icazə verilməməlidir”.

    MHP liderinin sözlərinə görə, Türkiyə və Azərbaycan prezidentlərinin görüşü sarsılmaz qardaşlıq iradəsini nümayiş etdirəcək.

    “İki ölkə arasındakı qardaşlıq münasibətlərinə xələl gətirməyə yönələn istənilən yanaşma qarşısında sağlam düşüncə, qarşılıqlı anlaşma və ortaq ağıl əsasında hərəkət etmək böyük əhəmiyyət daşıyır. Türkiyənin Türk Dövlətləri Təşkilatına sədrlik edəcək olması da bu proseslərin yaratdığı mühüm məsuliyyət və fürsətdir. Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər isə bu prosesin ən güclü dayaqlarından biridir. İki ölkə arasındakı tarixi, mədəni və qardaşlıq bağları siyasi proseslərdən daha geniş məna daşıyır, xalqlarımızın ortaq yaddaşına və könül birliyinə əsaslanır”, – D.Baxçalı qeyd edib.

    Paylaş: