tdt 11

Türkiyə ilə Azərbaycan arasında son günlər müşahidə olunan gərginlik münasibətlərinin gələcəyi ilə bağlı suallar doğurur. Xüsusilə, hakim Yeni Azərbaycan Partiyasının Türkiyədən səslənən tənqidlərə sərt reaksiya verməsi və Ankarada səsləndirilən fikirlər problemin açıq müstəviyə keçdiyini göstərir.

Bu vəziyyətdə əsas suallardan biri Bakı ilə Ankara arasında yaşanan gərginliyin Türk Dövlətləri Təşkilatının (TDT) fəaliyyətinə və türk dünyasında siyasi birliyə necə təsir edəcəyidir.

Globalinfo.az-a danışan politoloq Murad Sadəddinov hesab edir ki, Türkiyə-Azərbaycan münasibətlərindəki hazırkı vəziyyət Türk Dövlətləri Təşkilatının gələcəyi baxımından arzuolunmaz haldır:

“Hazırda əsas məsələ gərginliyin hansı həddə çatacağıdır. Düşünürəm ki, Türkiyə ilə Azərbaycan arasında yaşanan gərginlik uzun çəkməyəcək. Təcrübə göstərir ki, iki ölkə arasında belə hallar davamlı xarakter daşımır. Düzdür, bu dəfəki məsələ bir qədər fərqlidir, lakin bütövlükdə dövlətlərarası münasibətləri köklü şəkildə dəyişə bilməz.

murad sadeddinov 1 900x551 1

Murad Sadəddinov

Hesab edirəm ki, müəyyən mərhələdə liderlər bir araya gələcək, problemləri ətraflı müzakirə edəcək və qaranlıq qalan məqamlara aydınlıq gətirəcəklər. Yalnız bundan sonra vəziyyətlə bağlı daha dəqiq fikir söyləmək mümkün olacaq. Lakin proses uzanarsa, bu, əlbəttə, Türk Dövlətləri Təşkilatının gələcəyi ilə bağlı müəyyən suallar yaradacaq”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: