
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunda “Sabah”ın Çexiyanın “Slaviya Praqa” klubuna qalib gəldiyi oyunun ən yaxşı futbolçusunun adı açıqlanıb.
Globalinfo.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilən və 2:0 hesabı ilə başa çatan qarşılaşmanın ən yaxşı oyunçusu “Sabah”ın hücumçusu Coy-Lens Mikels olub.
Mikels görüşün 88-ci dəqiqəsində komandasının ikinci qolunu vurub. Matçda hesabı isə 49-cu dəqiqədə Kahim Parris açıb.