1787733839

El-Ninyo iqlim hadisəsinin güclənməsi 2026-cı ilin meteoroloji müşahidələr tarixində ən isti il kimi qeydə alınmasına səbəb ola bilər.

Globalinfo.az xəbər verir ki, bu barədə “Agence France-Presse” agentliyi Avropanın “Kopernik” Yerin Müşahidəsi Xidmətinə istinadən məlumat yayıb.

Bildirilib ki, sentyabr ayında El-Ninyo Sakit okeanın əsas zonalarından birində temperatur rekordlarının qeydə alınmasına təsir göstərib. Bu proses cari ilin orta qlobal temperatur göstəricisinə görə rekord il olması ehtimalını artırır.

Agentliyin izahına görə, El-Ninyo hadisəsinin güclənməsi Sakit okeanın müəyyən ərazilərində suyun temperaturunun müvəqqəti yüksəlməsinə və genişmiqyaslı iqlim dəyişikliklərinə yol açır. Bunun nəticəsində quraqlıq və daşqınlar kimi ekstremal hadisələr arta, qlobal istiləşmə isə əlavə sürət qazana bilər.

“Kopernik” xidmətinin direktoru Karlo Buontempo agentliyə açıqlamasında bu il El-Ninyo hadisəsinin qeyri-adi xüsusiyyətlər nümayiş etdirdiyini bildirib. O, hazırkı tsiklin əvvəlki illərin göstəricilərini üstələyəcəyini demək üçün hələ tez olduğunu vurğulayıb.

Bununla belə, Buontempo El-Ninyo prosesinin daha da güclənəcəyi təqdirdə 2026-cı ilin müşahidələr tarixinin ən isti ili ola biləcəyini istisna etməyib. Onun fikrincə, rekord istilərlə yadda qala biləcək 2026-cı ildən sonra 2027-ci il də eyni dərəcədə ekstremal keçə bilər.

Paylaş: