WhatsApp Image 2023 09 07 at 14.43.57

“Moskva ABŞ-la dizel yanacağının tədarükü ilə bağlı razılaşma əldə etməklə müharibədə güzəştə getməyəcək”.

Globalinfo.az xəbər vverir ki, bunu Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov  deyib.

Ryabkov bildirib ki, bir-biri ilə əlaqəsi olmayan məsələləri qarışdıraraq qiymətləndirmək düzgün deyil.

Ryabkovun sözlərinə görə, iki gün əvvəl Rusiya və ABŞ prezidentləri arasında baş tutan telefon danışığının səmərəliliyi və əldə olunan nəticələr müharibənin davam etdirilməsini dəstəkləyən düşərgədə çoxlarını təəccübləndirib.

O vurğulayıb ki, Rusiya hər zaman münaqişənin siyasi yolla həllinin tərəfdarı olub. Lakin qarşı tərəf buna hazır deyilsə, Moskva qarşıya qoyduğu məqsədlərə hərbi yolla nail olmağa çalışacaq. Bu halda qarşı tərəfin danışıqlardakı mövqeyi zəifləyəcək.

Nazir müavini Rusiya ilə ABŞ arasında məsləhətləşmələrin növbəti mərhələsinin ilin sonuna qədər keçirilə biləcəyini diqqətə çatdırıb. Onun sözlərinə görə, hazırda danışıqların konkret tarixi müəyyənləşdirilməyib.

“Biz bu təmasları heç vaxt dayandırmamışıq. Müzakirə olunan konkret məsələlərə gəlincə, bunlar ictimai müzakirə mövzusu deyil. Biz məsələyə yüksək məsuliyyətlə yanaşırıq və hər hansı məlumat sızmasına yol verməyəcəyik”, – deyə Ryabkov vurğulayıb.

Əliyar Xəlil

Globalinfo.az

 

Paylaş: