sor hamami

“Şor hamamı” adlandırılan tarixi abidənin söküləcəyi ilə bağlı iddialar yayılıb.

Globalinfo.az xəbər verir ki, Mirzə Fətəli Axundzadə küçəsi, 105 ünvanında yerləşən XIX əsrə aid hamam vaxtilə müalicəvi əhəmiyyətli duzlu sudan istifadə olunması ilə tanınıb.

Dəri xəstəlikləri və oynaq ağrılarından əziyyət çəkən insanların üz tutduğu bu məkan həm də Bakının tarixi-mədəni irsinin nümunələrindən biridir.

Ərazidə yaşayan sakinlərin sözlərinə görə, vaxtilə hamam insanların tez-tez üz tutduğu məkan olub.

“50-60 il əvvəl evlərdə hamam yox idi. Hamama getmək özü bir ənənə idi. Kişilər və qadınlar üçün ayrı bölmələr vardı. Gecələr də hamamçı işləyirdi”, – deyə sakinlərdən biri xatirələrini bölüşüb.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyindən bildirilib ki, sözügedən hamam yerli əhəmiyyətli tarixi abidə kimi dövlət qeydiyyatındadır və onun sökülməsindən söhbət gedə bilməz.

Daha ətraflı Baku TV-nin videomaterialında:

Paylaş: