neft 112 900x600 1

“Brent” markalı neftin qiyməti 1,51 faiz ucuzlaşaraq bir barel üçün 105,03 dollara düşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Investing” platforması məlumat yayıb.

Analitiklər qiymətlərin enməsini ABŞ və Rusiya arasında dizel yanacağının tədarükü ilə bağlı razılaşma barədə xəbərlərlə əlaqələndirirlər.

“Rusiya oktyabrda xarici bazarlara 300 min ton, noyabrda 500 min ton, dekabrda isə 1 milyon tona qədər dizel yanacağı göndərməyi planlaşdırır.

ABŞ Prezidenti Donald Tramp əlavə tədarüklərin ölkə daxilində yanacağın qiymətini aşağı salacağına ümid edir. O, bu səbəbdən Ukrayna Silahlı Qüvvələrini Rusiyanın iri neft emalı zavodlarına hücumları dayandırmağa çağırıb”, – deyə bildirilib.

Bununla belə, ekspertlər razılaşmanın ABŞ üçün nə dərəcədə faydalı olacağına şübhə ilə yanaşırlar.

Onların fikrincə, qlobal enerji bazarında neft məhsullarının azalmasının əsas səbəbi Ukraynanın hücumları deyil, Yaxın Şərqdəki müharibə və Hörmüz boğazının bloklanmasıdır.

Analitiklər xəbərdarlıq edirlər ki, regionda gərginliyin yenidən artması dünya bazarında neft qiymətlərinin yüksəlməsinə səbəb ola bilər.

Günay Rəsulqızı
Globalinfo.az

Paylaş: