Cəlilabadın həbsdə olan keçmiş icra başçısı Namiq Zeynalovun barəsindəki qərardan kassasiya şikayəti verilib.
Globalinfo.az pravda.az-a istinadən xəbər verir ki, şikayət Ali Məhkəmənin hakimi Ələsgər Novruzovun sədrliyi ilə araşdırılacaq.
Xatırlatma: Namiq Zeynalov 2021-ci ildə həbs edilib. O, xüsusilə külli miqdarda mənimsəmə, israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, külli miqdarda rüşvət almaqda təqsirli bilinib, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il həbs cəzası verilib.
Bundan başqa, iş üzrə üzərinə həbs qoyulmuş ümumi dəyəri 2 milyona yaxın olan-fərdi yaşayış evləri, “Lexus” markalı minik avtomobili, müxtəlif təyinatlı torpaq sahələri dövlət nəfinə müsadirə edilib.
Ali Məhkəmə müsadirə ilə bağlı qərarda hər hansı qanunsuzluq olmadığı əsası ilə şikayəti rədd edib. Bakı Apellyasiyiya Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.