29 ölkənin xarici işlər nazirləri İrana qarşı birgə bəyanatla çıxış ediblər.
Globalinfo.az xəbər verir ki, bu barədə Böyük Britaniya hökuməti məlumat yayıb.
Bəyanatda nazirlər sentyabrın 27-də Böyük Britaniya Kral Hərbi Hava Qüvvələrinin Feyrford aviabazasında baş verən hadisə ilə bağlı İranın məsuliyyət daşıdığına dair Böyük Britaniyanın gəldiyi nəticələri qəbul etdiklərini bildiriblər.
Sənəddə qeyd olunub ki, İranın və ya digər dövlətlərin maraqları naminə düşmənçilik fəaliyyəti ilə məşğul olan şəxslər müəyyən edilərək məsuliyyətə cəlb ediləcəklər.
“İran bizim suverenliyimizi qorumaq, beynəlxalq koordinasiyanı və milli dayanıqlığı gücləndirmək, vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək və təqsirkarları məsuliyyətə cəlb etmək istiqamətində birliyimizə və qətiyyətimizə şübhə etməməlidir”, – deyə bəyanatda vurğulanıb.
Birgə bəyanatı ABŞ, Avstraliya, Avstriya, Böyük Britaniya, Belçika, Bolqarıstan, Kanada, Xorvatiya, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, İrlandiya, Latviya, Litva, Lüksemburq, Niderland, Yeni Zelandiya, Norveç, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, İspaniya və İsveç imzalayıb.