Bakıda “28 May” metrostansiyasının yaxınlığında ictimai asayişi pozmağa cəhd edən şəxslərin saxlanıldığı bildirilir.
Globalinfo.az “Operativ Məlumat Mərkəzi”nə istinadla xəbər verir ki, hadisə məktəblərdə vahid geyim formasının tətbiqi ilə bağlı qərara etiraz cəhdi zamanı baş verib.
İlkin məlumata əsasən, ərazidə xidmət aparan polis əməkdaşları ictimai asayişin pozulmasının qarşısını alaraq bir qrup şəxsi saxlayıblar.
Saxlanılanların sayının 200 nəfəri keçdiyi, 100-dən çox şəxs barəsində isə cinayət işi başlandığı iddia olunur.
