1720184559 3 scaled

Azərbaycan Peşəkar Boks Federasiyasının rəhbər heyətində dəyişiklik olub.

Globalinfo.az-ın Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən verdiyi məlumata görə, agentliyin sədri Vüsal Nəsirli federasiyanın prezidenti vəzifəsinə seçilib.

Federasiyanın vitse-prezidentləri isə AAYDA sədrinin müavini Tural Mailov və Əməkdar məşqçi, boks üzrə tanınmış mütəxəssis İlkin Ağayev olacaq.

Paylaş: