İsrailin şimalında, Livan sərhədinə yaxın Ramim silsiləsi ərazisində məktəblilərin və müəllimlərin təbiət yürüşü zamanı hərbi sursatın partlaması nəticəsində yaralanların sayı 20-yə çatıb.
İsrail mediasının xəbərinə görə, yaralılardan bir nəfər kritik, iki nəfər isə ağır vəziyyətdədir.
X X X
İsrailin şimalında, Livan sərhədi yaxınlığındakı Neot Mordexay ərazisində partlamamış sursatın detonasiya etməsi nəticəsində təxminən 12 turist xəsarət alıb.
Globalinfo.az bildirir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.
Xəsarət alanlardan bir neçəsinin vəziyyətinin ağır olduğu bildirilir.
İlkin məlumatlarda hadisənin səbəbinin partlamamış hərbi sursat ola biləcəyi qeyd olunur.
Hadisə yerinə tibbi yardım briqadaları və təhlükəsizlik qüvvələri cəlb edilib. Polis və istehkam mütəxəssisləri partlayışın səbəblərini araşdırır.
Partlayışın dəqiq səbəbi ilə bağlı rəsmi araşdırma davam edir.(APA)