kassis

İsveçrə Konfederasiyasının Federal Xarici İşlər Departamentinin rəhbəri və ATƏT-in fəaliyyətdə olan sədri İqnazio Kassis oktyabrın 14-dən 16-dək Cənubi QAfqaza səfər edəcək.

Globalinfo.az “Yeni Sabah”a istinadən xəbər verir ki, o, Ermənistan və Gürcüstanda müzakirələri regiondakı vəziyyət, ATƏT-in rolu və ikitərəfli münasibətlərə yönələcək.

Kassis oktyabrın 15-də İrəvanda Baş nazir Nikol Paşinyan, habelə xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyanla görüşəcək.

Müzakirələr Ermənistan və Azərbaycan arasında sülh prosesi, regional əməkdaşlıq və bu il İsveçrənin sədrlik etdiyi ATƏT-in rolu mövzularına yönələcək.

Paylaş: