67866

Vətən müharibəsi şəhidi Bayramov İlkin Bayram oğlunun anası Bayramova Cəmalə Vəli qızı vəfat edib.

Globalinfo.az xəbər verir ki, Cəmalə Bayramovanın dəfn mərasimində Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, icra hakimiyyəti aparatının məsul şəxsləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Dəfn mərasimi zamanı mərhumun məzarı üzərinə gül dəstələri və əklil qoyulub, əziz xatirəsi ehtiramla yad edilib.

Qeyd edək ki, İlkin Bayramov Vətən müharibəsində iştirak edərək Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda xidmət göstərib. O, 2021-ci il aprelin 4-də Suqovuşan istiqamətində azad edilmiş ərazilərdə itkin düşmüş hərbi qulluqçuların axtarışı zamanı baş vermiş mina partlayışı nəticəsində ağır xəsarət alıb. 12 gün komada qalan İlkin Bayramov 2021-ci il aprelin 16-da müalicə aldığı xəstəxanada şəhidlik zirvəsinə ucalıb. Şəhidimizin anası Cəmalə Bayramovanın vəfatı ilə əlaqədar ailəsinə, yaxınlarına və doğmalarına dərin hüznlə başsağlığı verir, mərhuməyə Allahdan rəhmət diləyirik.

Allah rəhmət eləsin!

İcra başçısı şəhid anasının yas mərasimində iştirak edib - FOTOLAR
İcra başçısı şəhid anasının yas mərasimində iştirak edib - FOTOLAR İcra başçısı şəhid anasının yas mərasimində iştirak edib - FOTOLAR İcra başçısı şəhid anasının yas mərasimində iştirak edib - FOTOLAR

Paylaş: