yanginsondurC999n2

Qusardabaş verən yanğında ölən şəxsin kimliyi müəyyən olunub.

Globalinfo.az xəbər verir ki, meyiti tapılan şəxsin 1943-cü il təvvəllüdlü Hürüpəri Abdulkərimova olduğu bildirilir.

    Hadisə oktyabrın 12-də gecə saatlarında baş verib.

    X X X

    Qusar rayonunun Xuroba kəndində fərdi yaşayış evində yanğın baş verib.

    Globalinfo.az APA-ya istinadən bildirir ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.

      Yanğın qısa müddətdə söndürülüb, yaxınlıqdakı tikililər alovdan mühafizə edilib.

      Yanğın yerində aparılan kəşfiyyat zamanı bir nəfərin meyiti aşkarlanıb.

      Hadisənin təfərrüatları dəqiqləşdirilir.

      Paylaş: