“Qarabağın itirilməsi nəticəsində erməni xalqının maddi sərvətləri təxminən 100 milyard dollar (170 milyard manat) azaldı”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın “Güclü Ermənistan” partiyasının deputatı Edqar Qazaryan deyib.
Deputatın sözlərinə görə, itkilərin miqyası olduqca böyükdür.
O, təkcə Qarabağın “müdafiə ordusu”na dəymiş maddi ziyanın 6 milyard dolları keçdiyini söyləyib.
“Bəli, Qarabağın itirilməsinin maddi dəyəri təxminən 100 milyard dollardır. Yəni erməni xalqının 100 milyard dollar dəyərində sərvəti artıq mövcud deyil”, – E.Qazaryan qeyd edib.
Safura Bənnayeva
Globalinfo.az