Dünyaca məşhur futbolçu Lionel Messi gənclik illərində ingilis dilini öyrənmədiyinə görə peşman olduğunu bildirib.
Globalinfo.az xəbər verir ki, argentinalı ulduz “Miro de Atras” podkastına müsahibəsində vaxtını səmərəli dəyərləndirmədiyini və dünya miqyaslı şəxslərlə ünsiyyət zamanı özünü narahat hiss etdiyini deyib.
Messi ingilis dilini bilmədiyi üçün bəzi hallarda özünü savadsız kimi hiss etdiyini etiraf edib. O, gənclik dövründə qarşıya çıxan imkanların dəyərini vaxtında anlamağın vacibliyini vurğulayıb.
Futbolçu hazırda övladlarına da bu barədə məsləhətlər verdiyini bildirib. Onun sözlərinə görə, uşaqları təhsilə daha çox diqqət yetirməli və qarşılarına çıxan imkanlardan düzgün yararlanmalıdırlar.
Safura Bənnayeva
Globalinfo.az