Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda partlayış səsləri eşidilib.
Bu barədə AFP məlumat yayıb.
Husilər Səudiyyə Ərəbistanının şərqində “Saudi Aramco” şirkətinə məxsus qaz stansiyasına və neft emalı zavoduna hücum etdiklərini açıqlayıblar.
Qeyd olunub ki, Şərq əyalətinin Şayba bölgəsində yerləşən “Aramco” qaz stansiyasında güclü yanğınlar baş verib.
***21:22
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad hava limanının terminalına naməlum sursat düşməsi nəticəsində yanğın başlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın rəsmi nümayəndəsi Türki əl-Maliki “X” sosial şəbəkəsində məlumat yayıb.