IMG 5616


Almaniyalı siyasətçi Sevim Dağdelen Avropa ölkələrinin, xüsusilə Almaniyanın Ukraynaya dəstək siyasətini tənqid edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Almaniyanın “Sosial Ədalət və Ağıllı İqtisadiyyat Alyansı” (BSW) partiyasının eksperti sosial media hesabında paylaşım edib.

O, bu siyasətin gələcəkdə Avropa üçün ciddi nəticələrə səbəb ola biləcəyini bildirib.

Dağdelenin sözlərinə görə, Avropa ölkələri Ukraynaya dəstək verməklə demokratiya və azadlıq prinsiplərinə zidd mövqe nümayiş etdirirlər.

Siyasətçi Almaniya kansleri Fridrix Mertsi də tənqid edərək bildirib ki, Ukrayna hakimiyyətinə dəstək davam etdikcə Avropa reallıqları nəzərə almamağın nəticələri ilə üzləşə bilər.

Dağdelen Avropa ölkələrini mövcud vəziyyəti düzgün qiymətləndirməyə çağırıb və onların bu siyasətə görə ağır bədəl ödəyə biləcəklərini vurğulayıb.

Tahir Turan
Globalinfo.az

Paylaş: