Pakistan Prezidenti Asif Əli Zərdari ölkənin şimal-qərbində yerləşən Xayber-Paxtunxva əyalətində fövqəladə vəziyyət elan edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Bildirilib ki, bu addım həbsdə olan keçmiş Baş nazir İmran Xanın partiyasının rəhbərlik etdiyi əyalət hökumətinin səlahiyyətlərinin dayandırılması ilə nəticələnib.
Fövqəladə vəziyyət Baş nazir Şahbaz Şərifin rəhbərlik etdiyi federal hökumətin tövsiyəsi əsasında elan olunub.
Federal hökumət əyalət rəhbərliyini silahlı qruplaşmalara qarşı mübarizədə fəaliyyətsizlikdə ittiham edib.
Hadisələr İmran Xanın tərəfdarlarının fəallaşdığı bir vaxta təsadüf edir.
Belə ki, onun partiyası son günlər keçmiş baş nazirin azadlığa buraxılması tələbi ilə etiraz aksiyaları keçirir və tərəfdarları İslamabada yürüşə hazırlaşırlar.
Partiyanın sözçüsü Zülfüqar Buxari prezidentin qərarını pisləyib. O, bu addımın ölkədəki siyasi gərginliyi və qeyri-sabitliyi daha da artıracağını bildirib.
Günay Rəsulqızı
Globalinfo.az