Rusiya ilə ABŞ-ı birləşdirəcək tunelin tikintisi təklif olunub.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Layihənin “Putin-Tramp tuneli” adlandırılması da gündəmə gətirilib.
Rusiyanın investisiya-iqtisadi əməkdaşlıq üzrə prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev İlon Maskın “The Boring Company” şirkətini bu layihə üzərində işə başlamağa çağırıb:
“Artıq “The Boring Company” Rusiya ilə ABŞ-ı, Avrasiya ilə Amerikanı birləşdirəcək “Putin-Tramp” tunelinin tikintisinə başlamalıdır”.
Safura Bənnayeva
Globalinfo.az