Kobahidze

Gürcüstanın baş naziri İrakli Kobaxidze Tbilisinin Rusiyaya qarşı sanksiyalara qoşulmamaq qərarının rasional və praqmatik olduğunu bildirib.

Globalinfo.az-ın xəbərinə görə, Kobaxidze  Gürcüstanın Rusiyaya qarşı sanksiyalara qoşulmamasının səbəbindən danışıb.

O deyib ki, Gürcüstan bu qərarına görə əvvəllər müxtəlif tərəflərdən tənqid olunurdu. Lakin hazırkı vəziyyət seçilmiş siyasətin düzgünlüyünü təsdiqləyib.

Kobaxidzenin sözlərinə görə, Gürcüstanın Rusiyaya qarşı sanksiyalara qoşulmamaq qərarı tamamilə rasional, praqmatik və alternativi olmayan seçimdən irəli gəlib.

Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyi Rusiya dizel yanacağının dünya bazarına tədarükünə müvəqqəti icazə verib. Müvafiq tədarüklər 7 aprel 2027-ci ilədək ABŞ-ın sanksiya məhdudiyyətlərindən azad edilib.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: