politsiya varshavy

Polşanın paytaxtı Varşavada özəl təhsil müəssisəsində baş verən bıçaqlı hücum nəticəsində üç qız yaralanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “TVP Info” paytaxt polisinin mətbuat katibi Yatsek Vişnevskinin açıqlamasına istinadən məlumat yayıb.

Hadisə Minska küçəsində yerləşən məktəbin binasında, katiblik otağının yaxınlığında baş verib. Məlumata görə, 21 yaşlı tələbə 17 yaşlı qıza bıçaqla hücum edib.

Hadisə zamanı 17 və 24 yaşlı daha iki qız da xəsarət alıb. Yaralıların həyatına təhlükə olmadığı bildirilir.

Polis hücum edən şəxsi saxlayıb. Onun hücumun hansı səbəbdən törətdiyi hələlik məlum deyil. İlkin məlumatlara görə, şübhəli şəxs zərərçəkənləri tanımayıb.

Qeyd edək ki, bu, Polşada bir həftə ərzində təhsil müəssisələrində baş verən üçüncü bıçaqlı hücumdur.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: